COVID 19-a yoluxanlar yenə artdı – 7 nəfər öldü

15:05 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 7  nəfər COVID-19-dan vəfat edib.