Yoluxanların da, ölənlərin də sayı artdı – Günün statistikası

14:44 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına yeni 369 yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.