12:20 - 13.10.2020
13 oktyabr, Fineko/abc.az. Son günlər Gürcüstan ərazisində koronavirusdan ölənlərin sayında artım müşahidə olunur.
ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda 9 pasiyent koronavirusdən dünyasını dəyişib.
Qeyd edək ki, bu barədə hökumətin yaratdığı xüsusi veb saytda qeyd olunub. Bununla da Gürcüstanda koronavirusdan ölənlərin sayı 102 nəfərə çatıb.
Müəllif: Elmir Murad