16:39 - 12.10.2020
12 oktyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, bu gün COVID-də ölüm qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 42104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 091 nəfərdir.