Qonşu ölkədə koronavirusdan ölənlər də artır – 6 nəfər həyatını itirdi

15:06 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 478 yeni yoluxma qeydə alınıb, 6 nəfər isə koronavirus diaqnozu ilə dünyasını dəyişib.

ABC.AZ-ın məlumatına görə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 12 272 nəfərə çatıb.

Onlardan 6 538 nəfəri isə tam olaraq sağalıb. Ölkə üzrə virusdan həyatını itirənlərin sayı isə 91-ə çatıb. Hazırda ölkə üzrə karantində, 5.590 stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Müəllif: Elmir Murad