11:50 - 8.10.2020
8 oktyabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda koronavirusa 472 yeni yoluxma halı qeydə alınıb.
ABC.AZ-ın məlumatına görə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 10 225 nəfərə çatıb.
Onlardan 5 533 nəfəri tam olaraq sağalıb.
Ümumilikdə 66 nəfər sözügedən virusdan həyatını itirib. Karantində 5 574, stasionar nəzarətdə isə 836 nəfər saxlaılır.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026