14:29 - 29.09.2020
29 sentyabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda koronavirusa 314 yeni yoluxma halı qeydə alınıb.
ABC.AZ xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Klinikasından açıqlayıblar.
Qeyd olunub ki, bu gün 1 nəfər virusdan dünyasını dəyişib. Beləliklə, bu günədək həyatını itirənlərin ümumi sayı 33 nəfərə çatıb.
Müəllif: Elmir Murad