16:19 - 15.09.2020
15 sentyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, bu gün 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.