10:29 - 8.09.2020
8 sentyabr, Fineko/abc.az. Çinin iki şirkəti - “Sinovac Biotech” və “Sinopharm” koronavirus peyvəndlərini hazırlamağa başlayıblar.
ABC.AZ-ın məlumatına görə, peyvəndlər hazırda insanlar üzərində üçüncü kliniki sınaqların son mərhələsini keçir.
Şirkətlər bildiriblər ki, vaksinlər artıq 2020-ci ilin sonunda bəyənilə bilər.
“Sinovac”ın nümayəndəsinin sözlərinə görə, şirkət ildə 300 milyon vaksini istehsal etməyə hazırdır.
Qeyd edək ki, ilk vaksin avqustun 11-də Rusiyada qeydiyyatdan keçib. Peyvənd "Sputnik V" adını alıb.
Müəllif: Elmir Murad