14:49 - 30.07.2020
30 iyul, Fineko/abc.az. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.
ABC.AZ xəbər verir ki, Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.