16:37 - 27.07.2020
27 iyul, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026