11:40 - 22.07.2020
22 iyul, Fineko/abc.az. Bakıda koronavirusa yoluxmanın sayına görə yenə də ön sıralarda Binəqədi, Xətai və Yasamal qərarlaşıb.
ABC.AZ-ın məlumatına görə, adıçəkilən rayonlarda ümumi yoluxanların 56 faizi cəmləşib. Belə ki, paytaxt üzrə yoluxanların 13 faizi Binəqədi, 12 faizi Xətai, 12 faizi də Yasamalda qeydə alınıb.
Sonrakı yerlərdə 11,9 faizlə Sabunçu, 9,9 faizlə Nəsimi, 8,5 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 7,8 faizlə Nizami, 7 faizlə Qaradağ, 4,6 faizlə Səbail, 4,5 faizlə Xəzər, 0,3 faizlə Pirallahı rayonu qərarlaşıb.
Müəllif: Elmir Murad
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026