17:09 - 13.07.2020
13 iyul, Fineko/abc.az. Koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.
ABC.AZ-ın məlumatına görə, COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi iyulun 13-də Azərbaycana gəlib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, bu heyət 3 ay müddətində Azərbaycanda olacaq.
Qeyd edək ki, ümumilikdə, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir.
Müəllif: Elmir Murad