10:50 - 29.06.2020
29 iyun, Fineko/abc.az. Bakının rayonları arasında koronavirusun daha çox yayılma göstəriciləri məlum olub.
ABC.AZ-ın məlumatına görə, ən yüksək göstərici Binəqədidə (12,9%) qeydə alınıb.
Sonrakı yerdə 16,6%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,7%-lə Nəsimi, 9%-lə Suraxanı, 8,6%-lə Nərimanov, 8,1%-lə Nizami, 5,5%-lə Qaradağ, 4,5%-lə Səbail, 4,1%-lə Xəzərdə, 0,3%-lə Pirallahı olub.
Qeyd edək ki, hazırda Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Ümumilikdə isə 468 967 müayinə aparılıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026