12:14 - 24.06.2020
24 iyun, Fineko/abc.az. Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi 2019-cu ili 6 milyon 381 min manat xalis zərərlə başa vurub.
ABC.AZ Mərkəzin hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 9 milyon 884 min manat cəmi xərcləri isə 16 milyon 265 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Mərkəzin cəmi gəlirləri 28 milyon 926 min manat, cəmi xərcləri isə 35 milyon 504 min manat təşkil etmişdi. Xəstəxana 2018-ci ili 6 milyon 578 min manat zərərlə bağlamışdı. Beləliklə, ötən il Mərkəzin zərəri cüzi azalıb.
Müəllif: Elmir Murad
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026