17:29 - 18.03.2020
18 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi parlamentin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Sərəncam verib.
ABC.AZ-ın məlumatına görə, Sərəncam Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqındadır. Sərəncama əsasən Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçiriləcək.
Qeyd edək ki, Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.
Müəllif: Elmir Murad
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026