16:18 - 17.03.2020
17 mart,Fineko/abc.az. Polşa ərazisində koronavirusa (COVID-19) yoluxanların sayında artımın qeydə alınması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi ölkəyə gəlmək istəyənlər üçün viza məhdudiyyətləri tətbiq edib.
ABC.AZ xəbər verir ki, viza üçün müraciətlərdə ancaq xüsusi hallar nəzərə alınacaq. Bu hallarda xüsusi tibbi göstərişlər də tələb olunacaq.
Polşada yaşayan azərbaycanlılar arasında da virusa yoluxma şübhəsi yarandıqda bu ölkənin Milli Səhiyyə Fondunun telefon nömrəsi ilə əlaqə saxlamaq mütləqdir (Polyak və ya ingilis dillərində). Əlaqə telefonu: 800-190-590.
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
28 İyul 2026