Azərbaycana balıq və dəniz məhsulları gətirilməyəcək – Qadağa qoyuldu

11:58 - 3.02.2020


3 fevral, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış “2019 novel koronovirus” (2019-nCoV) virusunun heyvan mənşəli olduuğunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, bununla əlaqədar, artıq Azərbaycan üzv ölkə kimi OİE ilə bu sahədə müzakirələrə başlayıb. Adıçəkilən hər iki təşkilatın birgə təşəbbüsü ilə “2019-nCoV” virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün “Yol Xəritəsi”nin hazırlanmasına start verilib.

Qeyd edək ki, aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Müəllif: Elmir Murad