12:36 - 4.05.2026
4 may, Fineko/abc.az. Əczaçılıq sahəsi ölkəmiz üçün strateji əhəmiyyət daşıyır.
ABC.AZ xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, ölkəmizin dərman bazarı hazırda yüksək dərəcədə idxaldan asılıdır. Statistik göstəricilərə görə, yerli istehsal ümumi istehlakın cəmi 2–3 faizini təşkil edir:
“Son illərdə dərman bazarında orta illik artım təxminən 2,7 faiz olub. Dövlət dəstəyi nəticəsində ölkədə 15,7 milyon manatlıq dərman məhsulları istehsal edilir. Bu, istehsalın artdığını göstərsə də, ümumi istehlakla müqayisədə hələ də kiçik rəqəmdir.
Hazırda dərman idxalının ümumi həcmi təxminən 500 milyon dollar təşkil edir. Yerli istehsal isə bu məbləğin çox kiçik hissəsini əhatə edir. Qarşıya qoyulan əsas məqsəd istehlakın böyük hissəsini yerli istehsal hesabına təmin etməkdir”.
S.Bəşirli vurğulayıb ki, bu, təkcə iqtisadi məsələ deyil, eyni zamanda strateji hədəfdir.
“2016-cı ildə yaradılan Pirallahı Sənaye Parkında həyata keçirilən layihələrin ümumi dəyəri artıq 150 milyon dollara çatır.
©Trend
3 İyun 2026
3 İyun 2026