ABŞ ÜST-dən 260 mln. dollar məbləğində ödənilməmiş borcla çıxıb

11:36 - 23.01.2026


23 yanvar, Fineko/abc.az. ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 260 milyon dollar məbləğində ödənilməmiş borc qalmaqla çıxıb.

Bu barədə ABC.AZ Bloomberg-ə istinadən xəbər verir.

ABŞ prezidenti Donald Tramp ÜST-dən çıxma səbəbi kimi təşkilatın COVID-19 pandemiyası dövründəki fəaliyyətini, üzv dövlətlərin yersiz siyasi təsirindən müstəqilliyini nümayiş etdirə bilməməsini, eləcə də ABŞ-ın ödədiyi üzvlük haqlarının digər ölkələrlə müqayisədə daha yüksək olmasını göstərib.