17:44 - 22.08.2025
22 avqust, Fineko/abc.az. Aflatoksin qidanın təhlükəsizliyinə mənfi təsir göstərən zəhərli maddələrdən biridir. Bu toksinin miqdarının normadan yüksək olması insan sağlamlığı üçün xüsusi təhlükə hesab edilir.
ABC.AZ xəbər verir ki, qida və yemdə ən çox rast gəlinən, genotoksik, kanserogen və hepatotoksik xassəyə malik mikotoksinlərdən biri Aflatoksin B1-dir (AFB1). AFB1 insan orqanizminə immunzəiflədici təsir göstərir, həzm sistemi və reproduktiv sağlamlıqla bağlı problemlərin əmələ gəlməsinə səbəb ola bilir. Uzunmüddətli aflatoksinə məruzqalma isə qaraciyər xərçəngi və sirroz kimi xəstəliklərə yol aça bilər.
Heyvan yemlərində aflatoksinlərin əsas mənbəyi qarğıdalı unu, pambıq çiyidi unu və yerfıstığı unudur. AFB1-lə çirklənmiş yemlə qidalanan heyvanlarda AFB1 metabolizmə uğrayaraq aflatoksin M1-ə (AFM1) çevrilir və heyvanların südündə AFM1 formasında aşkar edilə bilər.
Agentlik süd və süd məhsulları emalı müəssisəsələrini, eləcə də təchizatçı şirkətləri təhlükəsizlik qaydalarına əməl etməyə, məhsullarda aflatoksinin yaranmaması üçün normativ aktların tələblərinə riayət etməyə çağırır. Unutmayaq ki, təhlükəsiz heyvan yemi təhlükəsiz insan qidasının əsasını təşkil edir.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026