AQTA dönər satarkən sanitariya qaydalarına riayət etməyə çağırır

14:53 - 21.08.2025


21 avqust, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha ictimai iaşə sahibkarlarına dönər hazırlayarkən və satarkən qida təhlükəsizliyi qaydalarına ciddi riayət etmələri barədə xəbərdarlıq edib.

ABC.AZ xəbər verir ki, AQTA-nın məlumatına görə, ət baytarlıq-sanitariya müayinəsindən keçməli, +1…+4°C temepraturda 8 saatdan çox olmamalı və hazır dönər 65°C-dan aşağı olmayan temperaturda verilməlidir.

Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmiş məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbi müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi təmin edilməlidir. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların, mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə edilməlidir.

İstehlakçılara satış şərtlərinə və müəssisələrin sanitar vəziyyətinə diqqət yetirmək və pozuntuları AQTA 1003 çağrı mərkəzinə bildirmək tövsiyə olunur.