11:24 - 29.05.2025
29 may, Fineko/abc.az. Bakıda bəzi özəl klinikalarla bağlı keyfiyyətsiz xidmət, səhv diaqnoz və qeyri-peşəkar yanaşma kimi ciddi narahatlıqlar ictimaiyyətin və medianın daim diqqətində olub.
ABC.AZ mövzu ilə bağlı araşdırma aparıb və Bakıda keyfiyyətsiz fəaliyyəti ilə ad qazanan klinikaları müəyyən edib.
Bununla bağlı bəzi nümunələr və ümumi müşahidələrimizi sizə təqdim edirik
Problemli klinikalar və ciddi hadisələr
1. Elmed Klinika
Bu klinika bir neçə səs-küylü hadisə ilə gündəmə gəlib. Belə ki, Nazim Pişyarinin adıçəkilən klinikada uğursuz əməliyyatı nəticəsində Türkiyədə yenidən əməliyyat olunması və tibb müəssisəsinin məsuliyyətdən yayınması məsələsi geniş müzakirə olunmuşdu.
2. Zəfəran Hospital
İranlı cərrah Sirus Qoçhaninin liposaksiya əməliyyatı nəticəsində 22 yaşlı Leylanın ölümü bu klinikanın fəaliyyətinə dair ciddi suallar yaradıb.
3. HB Güven Klinika
Sonsuzluğun müalicəsi adı altında fəaliyyət göstərən bu klinika, xarici mütəxəssislərin peşəkarlığı ilə bağlı şübhələr və müalicə nəticələrinin effektivliyi ilə bağlı tənqidlərə məruz qalıb.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026