15:43 - 20.12.2024
20 dekabr, Fineko/abc.az. "Regional Hospital” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, bunu aydın şəkildə Dövlət Vergi Xidmətinin məlumat bazasında görmək olar.
Məlumata əsasən, MMC-nin vergi borcu 555 945.67 manatdır. Bu vergi borcu 19.12.2024-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Regional Hospital” 2017-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Eldəniz Daşdəmirovdur.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026