Bu ölkədə meymun çiçəyi dərmanı sınaqdan keçirilib — istifadəyə hazırdır

13:08 - 18.12.2024


18 dekabr, Fineko/abc.az. Rusiyada НИОХ-14 meymun çiçəyi dərmanı klinik sınaqlardan uğurla keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Rospotrebnadzor "Vektor" Mərkəzinin baş direktoru Aleksandr Aqafonov bildirib.
НИОХ-14, meymun çiçəyi və inək çiçəyi virusuna qarşı müqavimət üçün hazırlanmışdır. Dərman kapsul şəklindədir və virusların bədəndə çoxalmasının qarşısını alır.

Mərkəz rəhbərinin sözlərinə görə, o, öz təhlükəsizliyini sübut edib və istifadəyə hazırdır.

Dərmanla müalicə kursu altı gün üçün nəzərdə tutulub.
Qeyd edək ki, meymun çiçəyi, xüsusilə immuniteti zəif olan insanlar üçün nadir, lakin potensial təhlükəli bir xəstəlik olaraq qalır. İnfeksiya qızdırma, intoksikasiya, limfa düyünlərinin böyüməsi və səpgi ilə müşayiət oluna bilər, yüngül gedişlə isə xəstəliyin müddəti 14 ilə 21 gündür.