16:37 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. İtaliyanın Paduya şəhərində dünyada ilk dəfə döyünən ürəyin transplantasiyası keçirilib.
ABC.AZ xəbər verir ki, bu barədə şəhərin Xəstəxana-Universitet İdarəsi məlumat yayıb. Rəhbərlik əməliyyatı “səhiyyə inqilabı” adlandırıb. Bu cür təcrübə ilə həkimlər ürək transplantasiyasının nəticələrini yaxşılaşdıra biləcəklər.
“Beləliklə, həm toplama, həm də transplantasiya zamanı işemiya və reperfuziyanın zədələnmələri aradan qaldırılacaq və əməliyyatdan sonrakı ürək fəaliyyətinin yaxşılaşdırılması ilə orqanın funksiyasının daha sürətli bərpası təmin ediləcək”, – məlumatda deyilir.
Paduya Xəstəxana-Universiteti İdarəsinin məlumatına görə hazırda xəstənin səhhəti yaxşıdır. O, xəstəxanadan evə getməyə hazırlaşır.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026