Bank sektoru bunun üçün 2 milyard manatlıq öhdəlik götürür

12:07 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürür.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev COP29 çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

"Bu vəsait dayanıqlı və yaşıl layihələrin həyata keçirilməsinə yönəldiləcək", - deyə o qeyd edib.

Xatırladaq ki, Dünya Bankının məlumatına görə, 2060-cı ilə qədər Azərbaycanın karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün təxminən 44 milyard ABŞ dolları tələb olunacaq və bu investisiyanın bir hissəsinin özəl sektordan, o cümlədən banklardan gəlməsi gözlənilir.