Azərbaycanda pul bazası 2.6 milyard manat çoxalıb - Hesabat

16:46 - 3.06.2024


3 iyun, Fineko/abc.az. 2024-cü il iyun ayının 1-nə Azərbaycanda pul bazası ötən aya nisbətən 0.24% və ya 47.9 milyon manat azalaraq 19 milyard 948 milyon manata enib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 4.4% və ya 927.2 milyon manat azalıb, son 1 ildə isə 15% və ya 2 milyard 597.5 milyon manat artıb.