14:17 - 29.03.2024
29 mart, Fineko/abc.az. 2023-cü ilin sonuna Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin qalıq məbləği 1.5 milyard manatdan çox olub.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin müavini Əliyar Məmmədyarov Qubada keçirilən 3-cü “Aqrobiznesin İnkişafı Forumu”nda bildirib.
Onun sözlərinə görə, bunun ¼ hissəsi dövlət fondlarının, ¾ hissəsi isə bankların öz vəsaitlərinin hesabına verilib.
“İqtisadiyyatın real sektorunun, o cümlədən kənd təsərüffatının kreditləşməsinin stimullaşdırılması AMB-nin requlyativ siyasətinin prioritetlərindən biridir”, – deyə o qeyd edib.
“Bu ilin yanvar ayında təsdiq etdiyimiz “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” maliyyə sektorunun effektivliyi, dayanıqlılığı və şəffaflığı kimi məqsədlərlə yanaşı sektorun əlçatanlığını özündə ehtiva edir. Sənəd aqrar sektorun dəstəklənməsi üçün alternativ maliyyələşmə mexanizmlərinin genişləndirilməsi, mikro, orta və kiçik müəssisələrə xüsusi diqqət yetirilməsi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin maliyyələşmə imkanlarının genişləndirilməsini hədəfləyir"- deyə sədr müavini vurğulayıb.
(Report)
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026