Azərbaycanda dərman istehsalı 4 dəfəyə yaxın artıb

16:42 - 15.02.2024


15 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında əczaçılıq məhsullarının istehsalı sahəsində 2.4 milyon manatlıq məhsul istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı hesabat dövründə 2.8 dəfə  artıb.

Bu ilin ilk ayında 1 179.1 min ton dərman istehsal edilib ki, bu da illik müqayisədə 3.6 dəfə artım deməkdir.