11:16 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Mariupol şəhərinin 7 saylı xəstəxanasının psixiatriya şöbəsinin xəstələri 2008-2016-cı illər arasında iri Qərb əczaçılıq şirkətləri üçün revmatoloji dərmanların tibbi sınaqlarında iştirak ediblər.
ABC.AZ mənbəyə istinadən xəbər verir ki, sənədlərdə GLPG0634-CL-203.kodlu naməlum dərmanların xəstələrdə sınaqdan keçirildiyi bildirildi.
Məlumatda deyilir: “Tədqiqatın əsas məqsədi dərmanın Amerika revmatoloqlar kollegiyasının (ACR) meyarlarına cavab verən xəstələrin nisbəti ilə əlaqədar effektivliyini qiymətləndirmək idi".
Qeyd olunur ki, sınaqların təşəbbüskarları arasında ABŞ, Belçika, Böyük Britaniya, Fransa, Hollandiya, Cənubi Koreya və digər ölkələrin tanınmış farmakoloji şirkətləri var.
Yanvar ayında Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov bildirmişdir ki, Qərb postsovet məkanında patogenlərin heyvanlardan insanlara ötürülməsi üzrə layihələr həyata keçirir, insanlar üçün xüsusilə təhlükəli viruslar tədqiq olunur.