Sığortaçı Naxçıvan təcili tibbi yardım xidmərinə rəhbər təyin edildi

15:32 - 2.02.2024


2 fevral, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyindəki təcili tibbi yardım xidmətinin rəhbərliyinə təyinat olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Xidmətin rəisi vəzifəsinin icrası Tural Ələkbərova həvalə edilib.

O, bundan əvvəl hazırda ləğv prosesində olan “Naxçıvan Sığorta” ASC-nin İdarə Heyətinin sədri olub. Şirkətdən faktı təsdiq ediblər.

Xatırladaq ki, ötən ilin noyabr ayında Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında təcili tibbi yardım xidməti yaradılıb.