16:51 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Finlandiyada robot vasitəsi ilə xəstəyə dərman çatdırılması prosesi Oys2030 layihəsi çərçivəsində Oulu'daki yeni Universitet Xəstəxanasında tətbiq olunur.
ABC.AZ xəbər verir ki, xəstəxanada Unto adlı robotun sınaqları aparılır. Tibb bacısının xəstə üçün dərman seçməsi üçün altı dəqiqə çəkirsə, Unto bunu təxminən bir dəqiqə ərzində edəcək.
Analoji cihaz artıq Yuvasküla'daki Nova xəstəxanasında istifadə olunur. Oulu'daki robot avtomatik olaraq xəstənin məlumat sistemindən ən son tibbi məlumatları əldə edir. Robot aptek anbarından lazımi qablaşdırılmış dərmanları götürür və hər bir xəstə üçün nəzərdə tutulan dərmanı üzərində barkod və məhsul məlumatları olan paketə yığır.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026