Bankların kredit portfeli 23 milyard manatı keçdi

11:10 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Dekabr ayında bankların kredit portfeli 1.3% və ya 301.7 mln. manat artaraq 23,183 mln. manat olub.

ABC.AZ xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir: 

1. Biznes kreditləri – 54.4% (12,616.8 mln. manat);

2. İstehlak kreditləri – 29.9% (6,937 mln. manat) və

3. İpoteka kreditləri – 15.7% (3,629.2 mln. manat).

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 195.5 mln. manat (+1.6%), 67.3 mln. manat (+1%) və 38.9 mln. manat (+1.1%) artıb. Ümumilikdə, 2023-cü ildə bankların kredit portfeli 18.3% və ya 3.6 mlrd. manat artıb.

Kredit portfelinin artımının 49%-i biznes, 33%-i istehlak, 18%-i isə ipoteka kreditləri hesabına təmin edilib.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.1 faiz bəndi azalaraq 1.8% təşkil edib.