10:11 - 10.01.2024
10 yanvar, Fineko/abc.az. Qırğızıstan vətəndaşları Türkiyədə yenidən pulsuz müalicə ala biləcəklər.
ABC.AZ xəbər verir ki, bu barədə Qırğızıstan və Türkiyə nümayəndə heyətləri arasında birgə strateji planlaşdırma qrupunun VI iclasının yekunlarına dair bəyanatında Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev bildirib.
Xatırladaq ki, 3 iyun 2014-cü il tarixli hökumətlərarası sazişə əsasən, ildə 150 Qırğızıstan vətəndaşı Türkiyədə pulsuz müalicə ala bilirdi.
Eyni zamanda, vətənlərində müvafiq müalicə almaq imkanı olmayan vətəndaşlar pulsuz müalicə edilə bilirdi. Lakin COVID-19 pandemiyası ilə əlaqədar bu sazişin icrası dayandırılmışdır.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026