17:29 - 29.12.2023
29 dekabr, Fineko/abc.az. Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib.
ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Yeni qərara əsasən, Azərbaycanda rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları barədə vahid informasiya sistemi formalaşdırılacaq.
İnformasiya sisteminə Azərbaycan bankları, xarici bankların yerli filialları, milli poçt operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxslər valyuta əməliyyatları barədə məlumatlar təqdim ediləcək. İnformasiya sisteminin saxlanılması və fəaliyyət xərclərini AMB maliyyələşdirəcək. Bu sistemdən istifadə ödənişsiz olacaq və qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində fəaliyyət göstərəcək.
Əsasnaməyə əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar gələn il martın 1-dən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə gələn il iyulun 1-dən təqdim ediləcək.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026