11 ayda banklar 3 milyard 177,7 milyon manat faiz gəliri əldə edib

16:04 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. 2023-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının cəmi faiz gəlirləri 3 milyard 177,7 milyon manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.

Bildirilib ki, həmin göstərici aylıq müqayisədə 315,8 milyon manat və ya 11% ötən ilin müvafiq dövrü ilə müqayisədə 707,4 milyon manat və ya 28,6% çoxdur.

Qeyd edək ki, cari ilin noyabrın 1-nə  Azərbaycan banklarının cəmi faiz gəlirləri 2 milyard 861,9 milyon manat, 2022-ci ilin dekabrın 1-nə 2 milyard 470,3 milyon manat olub.