10:21 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. Avropa İttifaqına üzv dövlətlər koronavirus pandemiyası dövründə əvvəlcədən alınmış ən azı 215 milyon doza antikoronavirus vaksini məhv ediblər.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, söhbət təxminən 4 milyard avroluq vaksindən gedir.
Bu, bütün hesablamalara görə, kifayət qədər azaldılmış göstəricidir.
Nəşr bildirir ki, pandemiya zamanı Aİ hər Avropa sakini üçün üç doza olmaqla ümumilikdə 1,5 milyard ədəd antikoronavirus peyvəndi alıb. Bununla belə, bu dozaların əhəmiyyətli bir hissəsi hazırda poliqonlardadır.
Bir çox Avropa ölkələrində insanlar sadəcə olaraq əlavə peyvəndlərdən imtina etdilər və peyvənd anbarda qaldı və yararsız hala düşdü. Tullantıya çevrilən vaksinin ümumi dozasının 312 milyon doza olacağı istisna edilmir.
30 İyul 2026
29 İyul 2026