16:40 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Ümumrusiya ixtiraçılar və rasionalizatorlar Cəmiyyəti (VOİR) illik müsabiqəsinin nəticələrini yekunlaşdırdı.
ABC.AZ xəbər verir ki, ilin ən yaxşı ixtirası kimi “Pəncədə rekonstruktiv-bərpa əməliyyatlar üçün fərdiləşdirilmiş bioimplantat” layihəsi seçilib.
Bildirilir ki, layihənin əsas məqsədi kompleks iri bloklu bioimplantat yaratmaqdır. Ən əsası implantın insan sümük toxumasından hazırlanması və bir il yarım ərzində pasiyentin öz toxuması ilə tamamilə əvəz olunmasıdır.