16:42 - 2.11.2023
2 noyabr, Fineko/abc.az. Halal dərman istehsalı ilə bağlı qanun ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsini yüngülləşdirəcək.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. Onun sözlərinə görə, dərman vasitələri haqqında qanun qəbul olunub:
“Bu qanunun tətbiqi ilə bağlı qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Hər kəsi səbirli olmağa çağırıram. Bu qanun bütün müasir tələblərə cavab verir və nəticə etibarı ilə ölkəmizə müasir, yüksək keyfiyyətli dərmanların gətirilməsini yüngülləşdirəcək”.
30 İyul 2026