Azərbaycan BOKT-larının cari hesablarındakı vəsaitləri 9% azalıb

12:02 - 31.10.2023


31 oktyabr, Fineko/abc.az. 2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının cari hesablarındakı vəsaitləri 19,9 milyon manat olub. 

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon manat və ya 9,4% azdır.

Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının cari hesablarındakı vəsaitləri 22 milyon manat olub.