Gələn il adambaşına düşəcək icbari tibbi sığorta haqqı nə qədər olacaq?

16:10 - 30.10.2023


30 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin rəyi dərc edilib.

ABC.AZ xəbər verir ki, sözügedən rəydə qeyd edilib ki, 2024-cü ildə əhalinin adambaşına düşən icbari tibbi sığorta haqqı 122.9 manat məbləğində götürüləcək.

Rəydə bildirilib ki, əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərin çoxalması əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və adambaşına düşən icbari tibbi sığorta haqqının cari ilin sonuna gözlənilən inflyasiyaya uyğun olaraq, 122.9 manat götürülməsi ilə bağlıdır.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1376.0 mln manat ayrılması nəzərdə tutulur ki, bu da cari ilin yenidən baxılmış büdcəsindən 112.2 mln manat (8.9%) çoxdur.