Adambaşına ən çox həkim düşən ölkələrin siyahısı - Reytinq

16:13 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. Dünyada ən çox həkimin olduğu ölkələrin adları açıqlanıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı siyahını “Data Statistic” hazırlayıb.

Araşdırmaya əsasən, siyahıdı birinci yerdə Kuba gəlir. Belə ki, Kubada hər 1000 nəfər vətəndaşa 84 həkim düşür.

Bu göstəricidə 77 həkim ilə Monako siyahıda ikinci, 70 nəfər həkimlə İsveç üçüncüdür.

Ən çox həkim olan ölkələri sizə təqdim edirik:

Kuba: 84

Monako: 77

İsveç: 70

Yunanıstan: 63

Belçika: 62

Uruqvay: 62

San Marino: 60

Portuqaliya: 56

Malta: 54

Çexiya: 54