Ötən ay Bank sektorunda filiallar artıb, şöbələr azalıb

14:43 - 24.10.2023


24 oktyabr, Fineko/abc.az. 30 sentyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 491, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,047 olub.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Əvvəlki ay ilə müqayisədə bank filiallarının sayı 2 ədəd artıb və şöbələrinin sayı azalıb, ATM-lərin sayı isə 15 ədəd artıb.