Mərkəzi Bankda pul nişanları ödənişsiz aparılır, ya ödənişli?

10:23 - 9.10.2023


9 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən əhalinin milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə “Nağd pul ofis”lərinin iş qrafiki həftədə 3 gündən 5 günə artırılıb.

Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, 9 oktyabr 2023-cü il tarixindən etibarən vətəndaşlar həftənin 5 iş günü Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə (saat 10:00-13:00-dək), eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə (saat 10:00-16:00-dək) milli pul nişanlarını, o cümlədən yararsız və zədələnmiş pul nişanlarını dəyişdirilməsi və ya ekspertizası məqsədilə təqdim edə bilər.

Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.