Azərbaycan bazarı Türkiyə Fintex-ləri üçün əlverişli ola bilər - Ruslan Talıbov

10:32 - 6.09.2023


6 sentyabr, Fineko/abc.az. Azərbaycan və MDB ölkələri bazarı Türkiyə Fintex-ləri üçün əlverişli ola bilər.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Türkiyə Fintex Forumunda Azərbaycan Fintex Assosasiyasının sədri Ruslan Talıbov bildirib.

O həmçinin Türkiyə bazarının da eyni qayda ilə Azərbaycan Fintex-ləri üçün əhəmiyyətıi rol oynaya biləcəyini açıqlayıb. Hər iki ölkənin Fintex-lərinin əməkdaşlığının gələcəkdə maraqlı olacağını vurğulayan R.Talıbov bildirib ki, Azərbaycan Mərkəzi Bankının bu yaxınlarda Fintex-lərlə bağlı yeni qəbul etdiyi qanunu xatırladıb.

Onun sözlərinə görə, yeni qanundan sonra Fintex-lər artıq bankların bəzi əməliyyatlarını həyata keçirə bilir: "Məsələn Fintex-lər pul köçürə biıəcək, kredit verə biləcəklər, bir sözlə bəzi bank xidmətləri göstərə biləcəklər. Bu təbii ki, bank sektoru kimi, Fintex-lərin də inkişafına gətirib çıxaracaq".

Müəllif: Elmir Murad