14:16 - 30.08.2023
30 avqust, Fineko/abc.az. Avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayeva Xətai rayonunda yerləşən "Medika Hospital" xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölüb.
Bu barədə ABC.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qadının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
28 İyul 2026