Metallurgiya sənayesində 31% azalma müşahidə edilib

12:29 - 15.08.2023


15 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 599,8 milyon manatlıq məhsul istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hazır metal məmulatlarının istehsalı sahəsində 19,1 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 31,1 faiz azalma müşahidə edilib.

Qeyd olunur ki, dövr ərzində hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan digər məmulatların istehsalı 64,8 faiz artıb, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 28 faiz, armatur istehsalı isə 36,7 faiz azalıb.