11:33 - 11.07.2023
11 iyul, Fineko/abc.az. Bu ilin II rübündə Azərbaycanda maliyyə axını 29,2 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.
Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin II rübündə olduğu kimi 2023-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,7 %), ticarət, nəqliyyat vasitələrinin təmiri (14,4 %) və tikinti (10,2 %) olub.
Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə mədənçıxarma sənayesi (624,4 milyon manat), eləcə də nəqliyyat və anbar təsərrüfatı (547,9 milyon manat) olub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026