10:29 - 10.07.2023
10 iyul, Fineko/abc.az. Azərbaycanda ən çox kredit portfelinə malik olan bank olmayan BOKT-lar (bank olmayan kredit təşkilatları) məlum olub.
ABC.AZ-ın məlumatına görə, 2022-ci ildə ən böyük kredit portfeli "Aqrarkredit" QSC-yə məxsus olub. Belə ki, sözügedən dövrdə "Aqrarkredit" BOKT-un 114 milyon 330 min manat kredit portfeli olub.
Siyahıda ikinci yeri "Finca Azerbaijan" şirkəti tutur və onun 44 milyon 875 min manat kredit portfeli var. "Embafinans" BOKT siyahıda 3-cüdür və onun 37 milyon 890 min manat kredit portfeli var. İnternational BOKT" ASC kredit portfelinə görə ölkədə 4-cü yeri tutur - 24 milyon 602 min manat.
Siyahıda sonrakı yerləri "Finoko BOKT" (23 milyon 921 min manat), "City Finance BOKT" (23 milyon 720 min manat), «PSG Finans BOKT» (18 milyon 817 min manat), «M Bulak BOKT» (18 milyon 657 min manat) tutur.
Ölkədə ən çox kredit verən BOKT-ların siyahısında 9-cu yeri son bir ildə sürətli artıma nail olan «Fintrend BOKT» tutur - 18 milyon manat. İlk 10-luğu isə «MCB BOKT» QSC tamamlayır - 17 milyon 422 min manat.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026